Xaricdə təhsil alanların seçim proseduru haqda

8 Sep

Bir tanışım deyirdi: “Azərbaycanda təhsilə qiymət verirlər”.

O haqlı idi.

Xaricdə təhsillə bağlı məsələlər son zamanlar gəncləri ən çox maraqlandıran mövzulardandır. Bunu nəzərə alaraq, xaricdə təhsil üzrə dövlət proqramı və bunun həyata keçirilməsi haqda məlumatları nəzərinizə çatdırmaq istədim

Azərbaycanlı gənclərin xaricdə təhsili ilə bağlı seçim qaydaları və bununla əlaqəli bütün şərtlər hər il Azərbaycan Respublikası Təhsil Nazirliyinin internet səhifəsində aydın şəkildə çap edilir. Seçim prosedurunun özü isə daha diqqətəlayiqdir. Bir çoxlarının əsasən bu barədə maraqlandıqlarını nəzərə alaraq seçim prosesinə yaxından şahidlik etmiş bir insan kimi bunun haqqında yazmağı lazım bildim. Eyni zamanda bu proses haqqında ziddiyyətli fikirlərə aydınlıq gətirmiş olaram.

Nazirliyə ərizələrini təqdim etmiş tələbələrlə gündəlik görüşlər keçirilirdi. Hər dəfə 20-30 arası namizəd olmaqla görüşə dəvət edilirdi. İddiaçılar müəyyən edildiyi vaxtda konfrans zalında toplandıqdan sonra xaricdə təhsil işləri üzrə komissiya daxil olur. Komissiya Təhsil Nazirinin müavini Elmar Qasımov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov və xaricdə təhsil işləri üzrə sektor müdiri Əlipaşa Zeynalov olmaqla nazirliyin səlahiyyətlilərindən ibarətdir. Ərizələr namizədlərin qarşısında bir-bir diqqətlə yoxlanılırdı. Bu zaman, əsasən, tələbənin aşağıdakı akademik göstəricilərinə diqqət verilir:

  • Attestatın orta balı;
  • TQDK-ın qəbul imtahanında topladığı bal;
  • Əgər artıq ali məktəb tələbəsidirsə, ali məktəbdə topladığı göstəricilərin orta balı;
  • Xarici dil imtahanında topladığı bal;
  • Beynəlxalq fənn olimpiadalarında qazanılan medallar (əgər varsa).

Göstəriciləri yüksək olan tələbələr Dövlət Proqramına qəbul edilirdi. Həmçinin eyni bir ixtisas üzrə təhsil almaq istəyən tələbələr arasında seçim rəqabətli şəkildə aparılır, ən layiqliləri seçilirdi.

Təbii ki, Dövlət Proqramından kənarda qalan tələbələr oldu. Bunlar, əsasən, ya TQDK-ın təşkil etdiyi imtahanda aşağı bal toplayanlar və ya bu imtahanlarda ümumiyyətlə iştirak etməyənlər, attestat balı, xarici dil imtahanının nəticəsi və yaxud da univeritet göstəriciləri aşağı olan namizədlər idi.

Bir çox hallarda ərizəçilər seçim zamanı komissiya üzvləri tərəfindən sual-cavab edilirdi. Ən çox soruşulan suallar aşağıdakılardır:

  • İddiaçının siyasi fəallığı;
  • İddiaçının ictimai fəallığı;
  • Təhsil almaq istədiyi ölkədə Azərbaycan Respublikasının səfiri kimdir;
  • Azərbaycanın tarixi şəxsiyyətləri barədə;
  • Azərbaycan tarixində əlamətdar tarixi hadisələr, Azərbaycan mədəniyyəti, incəsənətindən bəzi ən məşhur məqamlar;
  • Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar;
  • Namizədin vətənpərvərlik tədbirlərində nə dərəcədə iştirak edib-etməməsi və s.

Nazir müavini Elmar Qasımovun vətənpərvərlik məsələlərinə prinsipial yanaşması xüsusilə diqqətə layiq idi: Dövlət Proqramına qəbul edilmiş tələbələrin ilk növbədə Azərbaycanı təmsil etmələri, oxuyacaqları ölkədə Dövlət Proqramı çərçivəsində təhsil almalarının ilkin şərti kimi vətənpərvərlik tədbirlərində iştirak etməli və Azərbaycanı bacardıqları qədər yüksək səviyyədə təmsil etməli olduqları xüsusi vurğulandı.

Dövlət Proqramına qəbul edilmiş tələblərin təhsili ilə bağlı bütün xərclərin məbləği hər bir ölkə və ali təhsil müəssisəsi üzrə onun və ya tərəfdaş təşkilatın rəsmi təqdim etdiyi sənədlər əsasında ayrı-ayrılıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hesablanır və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Beləliklə, 2 aydan artıq davam edən seçim prosesindən sonra ən layiqli olanlar heç bir subyektiv amilin təsiri olmadan, ailə vəziyyəti, sosial statusundan asılı olmadan xarici ölkədə təhsil və yaşayış haqqının yüz faizini əhatə edən unikal bir proqram – “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almağa layiq görülmüşdür. Onlara dövlətimizin etmadını doğrultmağı diləyir və bol uğurlar arzulayırıq!!!

2 Responses to “Xaricdə təhsil alanların seçim proseduru haqda”

  1. Kamran September 8, 2011 at 6:58 am #

    Təşəkkür edirəm, Vahid! bu həqiqətən dəyərli fikirlərdi. Təhsil Naziriliyinin işi haqda fikrim 180dərəcə dəyişdi!

  2. fb-də bu paylaşıma koment yazan :D September 8, 2011 at 4:56 pm #

    Əhatəli yazıya görə çox sağol )))

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: