How you can feel after moving the planet

25 Sep

Moving PlanetSeptember 24, 2011 became unforgettable. For the first time I realised how happy we all were, living on Earth, still breathing. I became conscious that everything in the universe is designed for human life to thrive on Earth. As a result of the day’s events, a life-long comprehension took over me that we all must thank an unseen supernatural power created our universe in such a unique way. I started to appreciate the importance of protection the ideal surroundings presented to us by the supernatural.

         On that day I participated in Moving Planet events organized by IRELI Public Union. Azerbaijan this year joined world-wide movement intended to reduce the amount of CO2 in the atmosphere to 350ppm. In general, events were very productive. Firstly, participants attended “Green Planet” seminars by sophisticated trainers. Here we were informed about theories of the origin of the universe. I heard facts showing how perfect Earth’s creation and position on the universe were for human life. Besides, every creature, each tiny detail on Earth had been designed to serve human existence. We were introduced with results of investigations which proved that nothing could duplicate ideal condition established on the Earth by origin. There I understood how vital it was to protect friendly conditions initially created on Earth.

         After that, we streamed towards square at Maiden Tower in Old City where the main part of ceremony was to take place. And also that was the place where I met an old friend of mine, who was attending the action too. It was a special feeling to meet her there among many other people, kind of great satisfaction to notice your acquaintance and to be noticed the moment when you both stand for cleaner world. And there I was, on the northeastern corner of  “3”(see the photo above), stood quiet, speechless, but proud of myself. Bright sun of Baku shining on me, I celebrated my unseen, unnoticed “victory” silently, in my heart. I breathed with pleasure, because I had done zero-dot-zero-zero-zero-…-one percent of what I could have done for cleaner planet. But what is more, much more important, my effort was awarded with happy smile of my friend whom I met there after ages.

After I came home that day, I turned off the lights at home and drank a glass of cool water instead of my usual cup of hot tea.

INFORMATION ON BAKU

22 Sep

Baku is the capital of the Republic of Azerbaijan. It is a large scientific, cultural and industrial center. Ancient foundations, a large area and population all make Baku one of the oldest and largest cities in the East.

People have lived and founded their settlements in Baku city and the Absheron peninsula since ancient times. This was motivated by continuous migrations from north to south and from west to east due to the physical and geographical conditions, a favorable location in the center of trade routes that crossed Silk Road, climatic conditions, production of petroleum fuel in ancient times and the availability of large power resources.

Baku was first mentioned in the Book of the Dead by the Egyptian Pharaoh Minesan in 3,500 BC. The ancient age of Baku is also evidenced by stone carvings dating back to 12,000 years ago and archeological excavations. Another important piece of evidence is a stone carving by August Guy Octavio, who reflected the stationing of a military camp under the rule of the Roman emperors Pompey and Lucius near Baku (40 km to the south) for the purposes of seizing the southern Caucasus in the 1st century BC. This means that Baku is nearly 5,500 years old.

Baku was one of the main cities in the Shirvanshakhs State in the 12th century, in the Sefevids State in the 14th century, in the Ottoman Empire in the 16th century, and became the capital of the Baku khanate in the 17th century.

Baku is situated on the shore of the Caspian Sea in the south of the Absheron peninsula. It covers an area of 2,200 square km and has a population of 2 million. Nearly 500,000 refugees from Armenia as well as IDPs from the occupied territories, currently reside in Baku.

Baku has 11 administrative districts and 5 settlements.

BAKI HAQQINDA MƏLUMAT

22 Sep

Bakı – müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.

 

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi (“İpək Yolu”), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.

 

Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə “Ölülər Kitabında” qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.

 

Bakı XII-ci əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur.

 

Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

“18 sentyabr — Milli Musiqi Günüdür”

18 Sep

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür.

Həmin gün təkcə musiqisevərlərin deyil, həm də xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki onun qəlbində Üzeyir bəyə məhəbbət, onu ölməz sənətinə hörmət hissi olmasın. \böyük bəstəkarın ad gününün bayram kimi edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.

Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.

Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur.

O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun “Ər və arvad”“O olmasın, bu olsun” , “Arşın mal alan”musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır.

Ü. Hacıbəyov milli musiqi xəzinəsinə yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar muaiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə “Koroğlu” operasını bəstələmişdir.

O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir.

Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Görkəmli musiqi xadimləri onu “professional Şərq musiqisinin atası” adlandırmışlar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur.

“A step forward for Moving Planet: Azerbaijan is for 350!”

18 Sep

When we won an influential song contest Eurovision, we won world’s attention on Azerbaijan as well. It was the time when an idea of replacing the focal point of community to more mundane seized us. Focus of politicians, attention of media, and concentration of Europe as well as the whole world.

This has become a great opportunity for green-thinkers to raise public awareness on protection of environment. And now, here in Baku, at the very eastern corner of Europe, we are trying to generate a day that is low in all harmful and rich in happiness.

Active public unions are especially urgent. Ireli Public Union as one of the most active unions is planning to take action this year. Creative young people here are at their highest eagerness to organise the largest public movement in Azerbaijan. As it was last year during Global World Party they organized, they are aiming to arrange the biggest environmentally friendly event of this year in Azerbaijan. The event is going to last 4 hours and is intended to bring together vast amount of population. All green-thinking and green-acting people are willingly looking forward to this event to happen. Pleasant fact is that every time during such events Ireli Public Union manages to assemble significant amount of people around and consequently public consciousness on environmental issues are being raised. This year, there is no doubt, people’s knowledge about 350 is going to develop appreciably.

All the arrangements are already over, time has come to act. There is a high mood in the union these days. Guys are very enthusiastic. They are sure this is going to be the greatest, most superior, and superlative demonstration ever conducted in Azerbaijan.

On behalf of Azerbaijani youth we say Azerbaijan is for 350! Let’s move the planet on 24 September!!!

Xaricdə təhsil alanların seçim proseduru haqda

8 Sep

Bir tanışım deyirdi: “Azərbaycanda təhsilə qiymət verirlər”.

O haqlı idi.

Xaricdə təhsillə bağlı məsələlər son zamanlar gəncləri ən çox maraqlandıran mövzulardandır. Bunu nəzərə alaraq, xaricdə təhsil üzrə dövlət proqramı və bunun həyata keçirilməsi haqda məlumatları nəzərinizə çatdırmaq istədim

Azərbaycanlı gənclərin xaricdə təhsili ilə bağlı seçim qaydaları və bununla əlaqəli bütün şərtlər hər il Azərbaycan Respublikası Təhsil Nazirliyinin internet səhifəsində aydın şəkildə çap edilir. Seçim prosedurunun özü isə daha diqqətəlayiqdir. Bir çoxlarının əsasən bu barədə maraqlandıqlarını nəzərə alaraq seçim prosesinə yaxından şahidlik etmiş bir insan kimi bunun haqqında yazmağı lazım bildim. Eyni zamanda bu proses haqqında ziddiyyətli fikirlərə aydınlıq gətirmiş olaram.

Nazirliyə ərizələrini təqdim etmiş tələbələrlə gündəlik görüşlər keçirilirdi. Hər dəfə 20-30 arası namizəd olmaqla görüşə dəvət edilirdi. İddiaçılar müəyyən edildiyi vaxtda konfrans zalında toplandıqdan sonra xaricdə təhsil işləri üzrə komissiya daxil olur. Komissiya Təhsil Nazirinin müavini Elmar Qasımov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov və xaricdə təhsil işləri üzrə sektor müdiri Əlipaşa Zeynalov olmaqla nazirliyin səlahiyyətlilərindən ibarətdir. Ərizələr namizədlərin qarşısında bir-bir diqqətlə yoxlanılırdı. Bu zaman, əsasən, tələbənin aşağıdakı akademik göstəricilərinə diqqət verilir:

  • Attestatın orta balı;
  • TQDK-ın qəbul imtahanında topladığı bal;
  • Əgər artıq ali məktəb tələbəsidirsə, ali məktəbdə topladığı göstəricilərin orta balı;
  • Xarici dil imtahanında topladığı bal;
  • Beynəlxalq fənn olimpiadalarında qazanılan medallar (əgər varsa).

Göstəriciləri yüksək olan tələbələr Dövlət Proqramına qəbul edilirdi. Həmçinin eyni bir ixtisas üzrə təhsil almaq istəyən tələbələr arasında seçim rəqabətli şəkildə aparılır, ən layiqliləri seçilirdi.

Təbii ki, Dövlət Proqramından kənarda qalan tələbələr oldu. Bunlar, əsasən, ya TQDK-ın təşkil etdiyi imtahanda aşağı bal toplayanlar və ya bu imtahanlarda ümumiyyətlə iştirak etməyənlər, attestat balı, xarici dil imtahanının nəticəsi və yaxud da univeritet göstəriciləri aşağı olan namizədlər idi.

Bir çox hallarda ərizəçilər seçim zamanı komissiya üzvləri tərəfindən sual-cavab edilirdi. Ən çox soruşulan suallar aşağıdakılardır:

  • İddiaçının siyasi fəallığı;
  • İddiaçının ictimai fəallığı;
  • Təhsil almaq istədiyi ölkədə Azərbaycan Respublikasının səfiri kimdir;
  • Azərbaycanın tarixi şəxsiyyətləri barədə;
  • Azərbaycan tarixində əlamətdar tarixi hadisələr, Azərbaycan mədəniyyəti, incəsənətindən bəzi ən məşhur məqamlar;
  • Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar;
  • Namizədin vətənpərvərlik tədbirlərində nə dərəcədə iştirak edib-etməməsi və s.

Nazir müavini Elmar Qasımovun vətənpərvərlik məsələlərinə prinsipial yanaşması xüsusilə diqqətə layiq idi: Dövlət Proqramına qəbul edilmiş tələbələrin ilk növbədə Azərbaycanı təmsil etmələri, oxuyacaqları ölkədə Dövlət Proqramı çərçivəsində təhsil almalarının ilkin şərti kimi vətənpərvərlik tədbirlərində iştirak etməli və Azərbaycanı bacardıqları qədər yüksək səviyyədə təmsil etməli olduqları xüsusi vurğulandı.

Dövlət Proqramına qəbul edilmiş tələblərin təhsili ilə bağlı bütün xərclərin məbləği hər bir ölkə və ali təhsil müəssisəsi üzrə onun və ya tərəfdaş təşkilatın rəsmi təqdim etdiyi sənədlər əsasında ayrı-ayrılıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hesablanır və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Beləliklə, 2 aydan artıq davam edən seçim prosesindən sonra ən layiqli olanlar heç bir subyektiv amilin təsiri olmadan, ailə vəziyyəti, sosial statusundan asılı olmadan xarici ölkədə təhsil və yaşayış haqqının yüz faizini əhatə edən unikal bir proqram – “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almağa layiq görülmüşdür. Onlara dövlətimizin etmadını doğrultmağı diləyir və bol uğurlar arzulayırıq!!!